• info@nurmedia.az
  • Bakı şəh, Cəfər Cabbarlı 44 Caspian Plaza, korpus 3, mərtəbə 10
  • (+994) 55 236 66 13

Veb səhifə dizaynı

Biz sifarişçilərimizin tələb və istəkləri əsasında, onların fəaliyyət sahələrinin əsas elementlərini nəzərə çarpdıran orijinal və yüksək zövqlü veb-saytların yaradılması üzrə tam xidmətlər kompleksini təklif edirik.

Dizaynerlərimizin peşəkarlığı, yüksək zövqləri və ağılasığmaz yaradıcılıq ambisiyaları müxtəlif növ layihələrin həyata keçirilməsinə imkan verir. Firma stillərinin yaradılması, loqotiplər, satış nişanları, reklam-poliqrafiya məhsullarının hazırlanması, korporativ və imic saytlarının yaradılması, arxitektura dizaynı, interyer dizaynı və illüsturasiyaları fəaliyyətimizin əsasını təşkil edir.

Öz individuallığımızı qoruyaraq, sifarişçilərimizin fikirlərinə hörmətlə yanaşır, fəaliyyət sahələrini və tələblərini öyrənir, istəklərini həyata keçiririk. Müştərilərimizin zövqünü oxşayan müasir, rahat, funksional və nəfis veb-saytlar işləyib hazırlayırıq.

Bizi hər zaman qeyri-adı, ağılasığmaz ideyalar cəlb edib. Taktikamız yalnız irəli getməkdir, mürəkkəb layihələrin həlli bizim üçün daha maraqlı və cəlbedicidir.

Cəlbedici web-saytın işlənib hazırlanması marketinq üzrə mütəxəssisin balansındakı mühüm biliklərdəndir. Hətta bu vəzifəni peşəkar web-dizaynerə həvalə etdikdə belə, siz yaxşı saytın dizayn edilməsi prinsiplərini başa düş­mə­lisiniz . Artıq hazır olan saytın məşhurluğunu təmin etmək üçün isə kompaniya məzmun və tərkib amillərinə diqqət yetirməlidir.

Məzmun amilləri. Ziyarətçilər sayt haqqında, ondan istifadənin asanlığı və onun xarici görünüşü haqqında fikir yürüdürlər. Istifadənin asanlığı üç əsas xüsusiyyəti əks etdirir: yüklənmə sürəti; əsas məlumat vərəqinin (home page) asan anlaşılması; başqa səhifələrə keçmənin asanlığı, yəni yeni səhifələrin sü­rət­lə açılması. Saytın xarici, fiziki baxımlılığını aşağıdakı amillər müəyyən edir: (1) vərəqlərdə artıq məlumatların olmaması, tərkibin həddən artıq yük­lən­məməsi; (2) müstəsna dərəcədə rahat oxunma imkanı (şriftlərin tip və ölçüləri); (3) rəng və səslərdən düşünülmüş formada  istifadə.

Tərkib amilləri. Tərkib amilləri təkrarən ziyarətə yol açır, amma buna zə­ma­nət vermir. Təkrar ziyarətlər yalnız maraqlı, faydalı və daima yeniləşən təklifləri stimullaşdıra bilər. Yeni ziyarətçilər cəlb etmək və onları daimi istifadəçilərə çevirmək üçün aşağıdakılar məqsədə uyğun hesab edilir: (1) mövzu üzrə yaxın saytların linkləri ilə müşayiət olunan dolğun informasiyalar; (2) məqsədli is­tifadəçiləri maraqlandıran, yeniləşən xəbərlər; (3) yeniləşən pulsuz təkliflər; (4) kon­kurs və prizlər; (5) yumor və zarafatlar; (6) oyunlar.

Əks əlaqənin təmin edilməsi. Müəyyən vaxtdan bir kompaniya saytın cəlb­ediciliyi və faydalılığını yenidən qiymətləndirməli olur. Bunun üçün, web-dizayn üzrə mütəxəssislərin rəylərini almaq olar. Amma daha lazımlı informasiya mən­bəyi – istifadəçilərlə qarşılıqlı əlaqədir, çünki onlar saytda nəyi bəyən­dik­lərini, nəyi isə bəyənmədiklərini daha asan şəkildə bildirə və saytın yaxş­ı­laşdırılması üzrə öz təkliflərini irəli sürə bilərlər. Hollmark, General Electric və başqa kompaniyalar istifadəçilərə kompaniyanın saytını testən keçirmələrini, tən­qidi iradlarını bildirmələrini, dəyişikliklər edildikdən sonra isə onlardan saytı təkrarən testdən keçirmələrini xahiş edirlər.

Əgər fəaliyyət sahənizi internetdə dolğun və nəfis ifadə edən veb-sayt yaratmaq istəyirsinizsə,

Bizə müraciət edin!