Sosial media reklamları
Facebook reklamları
Facebook yarandığı gündən etibarən 1 milyarddan çox istifadəçini özünə cəlb etməklə biznes sahiblərinin də reklam platformasına çevrilmışdir.Facebook reklamları həm biznes həmdə fərdi şəxslərin populyarlığına yönəlik reklam vermə funksiyalarına sahibdir.
Məsələn:
- Izləyici sayının artırılması
- Bəyənmə sayının artırılması
- Demoqrafik reklam tənzimləyici
Qarşınıza qoyduğunuz məqsəddən aslılı olaraq siz qeyd olunanlardan birini və ya bir neçəsini seçməklə sizə uyğun reklam strategiasını həyata keçirə bilərsiniz.
İnstagram reklamları
Şəkil və video paylaşım şəbəkəsi olan instagram öz istifadəçi sayını gündən günə artırmaqdadır.Buda öz növbəsində reklam olunmaq üçün biznes sahiblərinin diqqətini cəlb etmişdir.Bu sosial platformada siz video,şəkil və ya kiçik şəkil albomu formalarında reklam yerləşdirə bilərsiniz.Dəqiq hədəf kütləsi , marka bilinirliyini artırmaq bu reklam platformasının başlıca xüsusiyyətlərindəndir.