• info@nurmedia.az
  • Bakı şəh, Cəfər Cabbarlı 44 Caspian Plaza, korpus 3, mərtəbə 10
  • (+994) 50 207 21 37

Google Axtarış Reklamları

Google Axtarış Reklamları

Rəsmi statistik məlumatlara görə dünyanın aparıcı ölkələrində aparılmış sorğuya əsasən  istehlakçılaın 65%-dən artığı məhsulu almamışdan əvvəl məhsul  haqda onlayn araşdırmalar aparır .Axtariş sistemlerinin istifadə nisbetinə baxdıqda isə Google axtarış sistemi gün ərzində 3,5 milyard axtariş ilə dünya lideridir.Bu səbəbdən də, Google-da reklamınızı yerləşdirmək markanızın  inkişafı üçün əvəssiz rol oynayacaqdır .

Google reklamları və sağlam rəqabət

Biznes üçün şəxsiyyət vəsiqəsi hesab olunan  vebsaytların Goolgle axtarış sistemində öndə çıxması  SEO (Search Engine Optimization) kampaniyaları ilə həyata keçirilir və bu proses   3 – 12 ay vaxt və daha çox xərc tələb edir. Google –da reklam  verildikdə isə  daha az budcə ilə 24 saat ərzində artıq görünürlük əldə etmiş olursunuz. Bu da Google reklamlarını bazarda kifayət qədər  reklam payı olan iri biznes sahibləri ilə rəqabət üçün sağlam və bərabər hüquqlu platformaya  çevirmişdir.

Keywords seçimi və düzgün hədəf

Marketinq sektorunda uğur qazanmağin başlıca yolu alıcı ilə satıcının ortaq “dildə” danişmağından keçir. Google axtarış  sistemində alıcının yazdığı sorğuya (query) əsasən reklam göstərildiyinə görə   fəaliyyətinizə uyğun   düzgün seçilmiş açar sözlər( keyword) sizi potensial alıcıya dahada yaxınlaşdıracaqdır . Bu səbəbdən də alıcının hansı açar sözləri (keywords) yazarkan sizin biznes üçün potensial müştəri olmasını müəyyən etmək son dərəcə vacibdir. Bu məqamda biz fəaliyyətə keçir  sizin  hədəf kütlənizi ətrafli öyrənir, onlaraın yazdıqları sorğuya uyğun açar sözlər hazırlayır və bu açar sözləri effektivliyinə  uyğun dəyişir və  təkmilləşdiririk.

Dünyaya çıxış

Google Axtarış reklamları vasitəsi  ilə siz markanızı nəinki Azəbaycanda eləcədə dünyanin bir çox ölkələrində tanıda bilərsiniz. İnsanlar səyyahətə hazırlaşdiğı ərəfədə səyyahət edəcəkləri ölkə  və eləcədə orada  fəaliyyətdə olan otellər, restoranlar və digər xidmətlər haqda  məlumatlar əldə etməyə çalışırlar. Bu da  xidmət və əyləncə sektorunda fəaliyyət göstərən iş adamları üçün əvəzolunmaz şansdır. Turistlərin ölkəmizə marağının artdığı bir dövürdə xidmət və ya məhsulunuzu  onlara öz ölkələrində ikən  təklif edin.

Lokasiyanı seç

Biznesinizin inkişafı üçün reklamınızın verildiyi düzgun zamanla yanaşı düzgün məkan seçimi də  əhəmiyyətlidir.Biz reklamınızı bütün ölkə əvəzinə fəaliyyətdə olduğunuz   bölgədə  göstərməklə  xidmət və ya məhsulunuzu yerləşdiyiniz ərazidə potensial mütərilər üçün daha tanınan və əl çatan edirik.Məsələn.Yasamal rayonunda texniki xidmət sahəsində çalışırsınızsa o ərazidə sizin xidmətinizə  ehtiyacı olan müştərilərə Google axtariş sistemində ilk sizin təklif etdiyiniz xidmət  göstəriləcəkdir.

Google map – də görün

Son dövrdə naviqasiya cihazlarının istifadəsinin  əhəmiyyətli dərəcədə artması  Google xəritəsində görünür olmağı vacib edən amillərdəndir. Google axtarışları zamanı bir çox hallarda  qarşımıza xəritə çıxmaqdadır. Bu xəritələr vasitəsilə müştəri, xidmət və ya məhsulunuzu təklif etdiyiniz  ofis və ya mağazalarınızın yerləşdiyi əraziyi asanlıqla tapa bilər.Tərtib etdiyimiz  xəritələrdə  coğrafi mövqeyinizin göstərilməsi ilə yanaşı  vebsəhifəniz, email adresiniz,əlaqə nömrələriniz və  iş saatlarınız kimi vacib məlumatları göstərəcəyik . Xəritədə görünürlük əldə etməklə siz  markanızın  tanınırlığını əhəmiyyətli dərəcədə  artırmış olursunuz.

Reklam saatını planlaşdır

Google axtarış sisteminin digər önəmli  funksiyası  reklamın veriləcəyi saatları öncədən seçməkdir. Bununla siz yalnız öz iş saatlarınızda reklam verərək əlavə xərclərdən azad olmuş olursunuz . Bu özəllik xususiylə gecə fəaliyyət göstərən marketlər, apteklər və kliniklar üçün əvəzolunmazdır.

Performansını ölç

Ənənəvi reklam modellerində(TV, radio,qəzet, pankart və s.)  reklam yerləşdirərkən reklamınızın ne qeder insan tərəfindən görüldüyü(eşidildiyi),ne qədər insanın bu reklam hesabına sizinlə maraqlandığını bilmək çox çətin və bəzi hallarda mümkün olmayan bir məsələdir .Lakin offline reklamlardan fərqli olaraq online reklamları,müştərinin  reklamı görüb  kliklədikdən etibarən sizin səhifənizdə göstərdiyi  bütün fəaliyətinin izlənməsini  təmin edir.Beləliklə siz  yerləşdirdiyiniz hansı reklamın daha effektiv olduğunu, hansı açar sözlərin daha yaxşı performans göstərdiyini müəyyən edəcəksiniz.

Markanı tanıd

Ölkəmizdə və eləcədə dünyada biznes sahibləri öz markalarını tanitmaq üçün kifayət qədər böyük məbləğdə pullar xərcləməkdədir. Şübhəsiz ki, insanların bu markalarla tanışliğı biznes sahiblərinə gəlir artımı olaraq geri dönməkdədir. Google reklamları ilə biz sizin markanızın reklamını sizə uyğun xidmətinizlə əlaqəli olan insanlara çatdırmaqla həm böyük kütlələr  arasında tanınmağınıza həmdə budcənizə qənaət etmiş oluruq.